xebermen.az

65 yaşlı Xalq artisti gözəllik və cavanlıq sirrini AÇDI

31-08-2025, 13:28

 

Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində maraqlı açıqlama verib.

Tanınmış müğənni həmişə gənc və gözəl görünməsinin səbəbini bölüşüb.

Onun sözlərinə görə, formada qalmaq üçün xüsusi addımlar atır:
"Mən evimdə idman zalı düzəltmişəm və vaxtım olduqca məşq edirəm. Bu, sağlamlığım və səhnə görünüşüm üçün çox vacibdir. Xanımlara arzu edirəm ki, özlərini özəl saxlasınlar. Sonra gəlib verilişdə şikayət etməsinlər ki, yoldaşım məni atdı. İnsan adi söhbəti ilə bir insanı özünə bağlaya bilər. Bir kəlməsi ilə kimisə uzaqlaşdıra bilər. Ağzından çıxan kəliməyə diqqət etməlidir. sağlamlığın qorusunlar. Bəzi hissələri əməliyyatla kəsib atırlar. Onu idmanla etsinlər. İdman zalına gedirəm. Qrupla, gözəl xanımlarla idman edirəm. Bağımda idmana aid olan hər şey var. O, şəraiti yaratmışam. Amma qrup şəklində daha yaxşıdır".

Nazpəri Dostəliyevanın açıqlaması izləyicilər arasında maraqla qarşılanıb. Bir çoxları müğənninin illərə meydan oxuyan görünüşünü məhz sağlam həyat tərzi ilə əlaqələndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930