xebermen.az

Hindistan bu dəhşətli silahı Ermənistana göndərir? - İrəvandan ikibaşlı açıqlama

25-11-2024, 22:59

 

Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana "Pinaka" reaktiv yaylım atəşi sistemlərini (MBRL) tədarük etməyə başlayıb. Bu xəbər Ermənistan mətbuatı tərəfindən tirajlanıb.

 "Hraparak” nəşri məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Sorğu belə cavablandırılıb:

"Xahiş edirəm, yalnız Ermənistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi mesajlarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi məlumat yayıb və qeyd edib ki, xarici və Ermənistan KİV-lərinin müdafiə qabiliyyətini genişləndirmək məqsədilə silahların alınması, o cümlədən danışıqların təfərrüatları ilə bağlı həqiqətə uyğun olmayan bir sıra yazılar dərc etməkdə davam edir. "Ermənistan Silahlı Qüvvələri bütün bunları nəzərə alaraq, bir daha bu cür materialları dərc etməzdən əvvəl müdafiə nazirliyi ilə müvafiq dəqiqləşdirmələr və düzəlişlər etməyə çağırır”, - deyə məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031