xebermen.az

Xəbərdarlıq edildi: Yaxın üç ildə minlərlə müəllim işsiz qalacaq - Səbəbi açıqlandı

24-07-2025, 16:27

 

Rusiyada ibtidai siniflərdə uşaqların sayı azalacağı üçün yaxın üç ildə təxminən 60 min müəllim “artıq” ola bilər.

Bu “İzvestiya” “Müəllim” Həmkarlar İttifaqının araşdırmasına istinadən yazıb.

Analitiklərin hesablamalarına görə, 2025-ci il sentyabrın 1-dən ibtidai sinif şagirdlərinin sayı 346,7 min nəfər azalacaq. 2024-cü ildə Ali İqtisadiyyat Məktəbinin Statistika Tədqiqatları İnstitutunun hesablamalarına görə, bir müəllimə 20 şagird düşür.

“Bu o deməkdir ki, artıq qarşıdan gələn dərs ilində 17,3 mindən çox ibtidai sinif müəllimi ixtisara düşəcək, 2026-2027-ci illərdə daha 21,5 min, daha sonra isə daha 20,5 min ibtidai sinif müəllimi işdən çıxarılacaq”, - Birliyin təşkilat katibi Olqa Miryasova bildirib.

Miryasovanın hesablamalarına görə, 2028-ci ilə qədər işsiz qalacaq müəllimlərin sayı 59,3 min nəfərə çata bilər. Eyni dövrdə ibtidai siniflərdən müəllimlərin köçürülə biləcəyi orta məktəb şagirdlərinin sayı artacaq - orada əlavə 13,8 min müəllimə ehtiyac olacaq.

“Hazırda ixtisara düşən ibtidai sinif müəllimlərinin tələbat yüksək olan sahələr üzrə təhsil sistemində saxlanılması məqsədilə onların sistemli şəkildə yenidən hazırlanması məsələsi üzərində iş aparılır”, - Rusiya Təhsil Nazirliyindən bildirilib.

Təhsil Nazirliyi “Rosstat”ın proqnozuna istinadən bildirir ki, 2040-cı ilə qədər məktəblərdə uşaqların sayında azalma gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930