xebermen.az

Yunanıstana kruizlə gələnlərdən əlavə rüsum alınacaq

22-07-2025, 09:44

 

Bu gündən Yunanıstanda kruiz tətilləri bahalaşıb.

Ölkə hökuməti məşhur adalarda kruiz gəmilərindən sərnişinlərin endirilməsi üçün yeni turist vergisi tətbiq edib.

Tədbir xüsusilə yay mövsümündə insanların sıx olduğu Mikonos və Santorini kurortlarına təsir edib.

Sərnişinin yaşından asılı olmayaraq, Yunanıstan limanında hər eniş üçün 20 avro rüsum ödənilir. Bu ödəniş gündəlikdir və Yunanıstan limanlarına gələn bütün kruiz turistləri üçün məcburidir.

Yeniliyin məqsədi turizm infrastrukturunun inkişafını maliyyələşdirmək və kütləvi turist axınının artan təzyiqi ilə üzləşən regionlarda dayanıqlı turizmi dəstəkləməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031