xebermen.az

Azərbaycana yay gəldi

21-06-2025, 09:24

 

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031