xebermen.az

UFC-yə görə Bakı metrosu 02:00-dək işləyəcək

21-06-2025, 09:14

 

Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

Iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Qeyd edək ki, gecənin əsas döyüşündə keçmiş dünya çempionu Camal Hill istedadlı Xəlil Rauntri ilə qarşılaşacaq. Azərbaycanı yarışda Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930