xebermen.az

Ermənistan bu görüşə ev sahibliyi etmək istədiyini təsdiqlədi - Bayramov İrəvana gedir?

27-05-2025, 10:50

 

Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir.

Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edir.

“Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən 3+3 məşvərət platformasının üçüncü iclası zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, - XİN-dən bildiriblər.

XİN-dən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031