xebermen.az

Əliyev Paşinyanla görüşə bilər: Sülh müqaviləsinin imzalanma yeri və vaxtı müəyyən edilir

19-05-2025, 21:16

 

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər.

Bu barədə Ermənistan Respublikası Milli Assambleyasının spikeri Alen Simonyan deyib.

Simonyanın qeyd edib ki, tərəflər sülh prosesinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Siyasətçi jurnalistlərə bildirib ki, bu müzakirələr iki ölkənin dövlət başçıları və xarici işlər nazirlikləri səviyyəsində davam edə bilər.

"Proseslər sülh müqaviləsinin imzalanma yerini və vaxtını müəyyən etməyə yönəlib. Həm erməni tərəfi, həm də beynəlxalq tərəfdaşlar müqavilənin bağlanmasının reallığa çevrilməsi üçün çalışırlar", - Ermənistan parlamentinin spikeri bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyevin sonuncu görüşü mayın 16-da Tiranada, Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində baş tutub. Tərəflər münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması prosesini müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30