xebermen.az

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər

18-05-2025, 10:52

 

2025-ci ilin yanvarında Türkiyənin Bolu vilayəti yaxınlığındakı kurortda baş vermiş faciənin araşdırması davam edir.

Prokurorluq bir neçə müttəhimə 2000 il həbs cəzası istəyib.

İttiham tərəfinin fikrincə, hadisəyə görə məsuliyyət daşıyanlar yalnız bu yolla öz günahlarını yuya biləcəklər.

Fəaliyyət üçün lisenziya və icazələrin verilməsində cinayət səhlənkarlığı 78 turistin həyatına son qoyub.

Xatırladaq ki, yanvarın 21-də “Grand Kartal” otelində qısaqapanma nəticəsində güclü yanğın baş verib. Alovun qığılcımları dərhal yanan materiallara yayılıb. Belə bir halla bağlı otel işçilərinin lazımi göstərişi olmadığı üçün nəticələri minimuma endirmək mümkün olmayıb. Bolu İl Prokurorluğu otel rəhbərliyinə ən uzun cəza tələb edir. Söhbət sahibdən, menecerlərdən və direktorlardan gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30