xebermen.az

"ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq

15-05-2025, 22:05

 

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli istifadəçilər üçün əlçatandır. Yeni model bu gün etibarilə "ChatGPT Plus" , Pro və Team abunəçilərinin istifadəsinə verilib. 

 OpenAI-nin verdiyi məlumata görə, istifadəçilər tətbiqin yuxarı sol küncündəki model seçim menyusundan GPT-4.1-i seçərək bu modelə keçid edə bilərlər.

GPT-4.1-in təqdimatı ilə yanaşı, pulsuz istifadəçilər üçün də yeniliklər var. Belə ki, indiyədək mövcud olan GPT-4o mini modeli artıq GPT-4.1 mini ilə əvəz olunacaq. Bununla belə, standart model kimi GPT-4o pulsuz istifadəçilər üçün istifadə edilməyə davam edəcək. Limitə çatıldıqda sistem avtomatik olaraq GPT-4.1 mini-yə keçəcək.

OpenAI ötən ay GPT-4.1-i təqdim edərkən bu modeli "süni intellektin real tətbiqlərində irəliyə doğru böyük bir addım" kimi xarakterizə etmişdi. Xüsusilə kodlaşdırma, məlumat təhlili və uzun mətnləri anlama sahələrində təkmilləşdirilən GPT-4.1 ağıllı sistemlər və qabaqcıl süni intellekt agentləri üçün əsas seçim olaraq önə çıxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30