xebermen.az

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

15-05-2025, 21:57

 

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.


Videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.


Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: “Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq”.


Ermənistan ordusunun hərbçiləri üzərində “Daşnaksütyun” yazılmış bayrağın fonunda “Qalx daşnak Dro” mahnısı oxuyurlar.


Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30