xebermen.az

İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə

15-05-2025, 14:54

 

Ukrayna Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda yalnız bir mövzunu müzakirə etməyə hazır olduğunu bəyan edib: 30 günlük atəşkəs.

Bu barədə Ukrayna rəsmiləri “The Wall Street Journal”a (WSJ) məlumat veriblər.

“Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsi və monitorinqi məsələsini müzakirə etmək üçün görüşəcəklər”, - deyə rəsmilər bildirib.

Rusiya danışıqlar qrupu mayın 15-də səhər saatlarında İstanbula gəlib. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi bir müddət əvvəl Polşadan Türkiyəyə yola düşüb. Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930