xebermen.az

İrandan iki ərəb ölkəsinə ŞOK TƏKLİF - ABŞ-ın “caynağından” qurtulmaq üçün...

14-05-2025, 09:24

 

İran uranın zənginləşdirilməsi üçün BƏƏ və Səudiyyə Ərəbistanına tərəfdaşlıq təklif edib.

Bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, tərəfdaşlıq Tehrana ABŞ-ın etirazlarını aradan qaldırmağa və Körfəz ölkələrini onun zənginləşdirmə proqramına qoşulmağa kömək edəcək

Tehran bu təklifi güzəşt kimi qiymətləndirir, çünki bu, qonşu dövlətlərə öz texnoloji biliklərinə çıxış imkanı verəcək və onları prosesdə maraqlı tərəflərə çevirəcək.

İranın xarici işlər naziri Abbas Əraqçının bu təklifi bazar günü Omanda ABŞ-la nisbətən qısa dördüncü raundunda-üç saatlıq danışıqlarda verib-vermədiyi bəlli deyil, lakin təklifin Tehranda yayıldığı bildirilir.

Danışıqlardan sonra Əraqçi Dubaya uçub və orada BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyanla görüşüb.

Qeyd edilib ki, BƏƏ hazırda öz nüvə proqramı üçün uranı zənginləşdirmir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930