xebermen.az

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

13-05-2025, 18:25

 

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edib.

Dəyişikliyə əsasən, yuxarıda qeyd olunan şəxslər (ailələr) 2030-cu ilə qədər (bundan əvvəl 2021-2025-ci illər) mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930