xebermen.az

Rusiya onları müharibəyə göndərirdi: Onlarla məhbus poliqondan qaçdı

13-05-2025, 18:03

 

Rostov vilayətində onlarla müqaviləli məhbus müharibəyə göndərilməzdən əvvəl təlim keçdikləri hərbi poliqondan qaçıblar.

Bu barədə mənbəyə istinadən “161.ru” məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, növbəti təlim günü başlayana qədər əsgərlər formalarını almağa gəlməyiblər. Mənbə vurğulayıb ki, onların üzərində heç bir silah olmayıb.

Artıq 4 qaçaq tapılıb - onlar Rostov vilayətini tərk edərkən, demək olar ki, dərhal saxlanılıblar. Qalan müqaviləli əsgərlər axtarılır. Nəşrin məlumatına görə, onlar mayın 8-dən 9-a kimi poliqondan qaçıblar.

Bundan əvvəl yüzdən çox məhbusun Krasnodardakı hərbi hissədən qaçmağa cəhd etdiyi məlum olub . Əsgərlər hasarı sındıraraq hərbi komendaturanın ərazisinə daxil olublar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30