xebermen.az

Paşinyan razılaşıb: Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq

13-05-2025, 10:29

Qazaxın anklav olan Sofulu kəndi Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra Azərbaycana təhvil veriləcək.

Bu barədə ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan deyib.

Onun iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşmağa çalışır.

“Əliyevlə danışıq aparan Paşinyan çalışır ki, kəndi seçkidən sonra təhvil versin, ona qədər erməni ictimai rəyini bu məsələyə inandırsın. Ərazi tamamilə minalardan təmizlənib, bu nə deməkdir?”, - o bildirib.

Erməni polkovnik qeyd edib ki, Sofulu kəndi təhvil verilsə, həmin bölgədə ermənilərin yaşadığı bir çox kənd Azərbaycanın nəzarəti altına düşəcək: “Azərbaycanlılar Sofulu kəndinə qayıdacağı təqdirdə, biz onların arasında yaşamalı olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930