xebermen.az

PKK-nı "dağıdan" qurultaydan görüntülər: Bu iki liderin öldürüldüyü təsdiqləndi

12-05-2025, 14:24

 

Xəbər verdiyimiz kimi, Türkiyənin əlli ilə yaxındır mübarizə apardığı terror problemi mühüm dönüş nöqtəsinə çatıb. Terror təşkilatı özünü ləğv etdiyini və silahları yerə qoyduğunu açıqlayıb.

Abdullah Öcalanın çağırışı ilə toplanan PKK-nın 12-ci qurultayından görüntülər də ortaya çıxıb.

Görüntülərdə Öcalanın fotosu ilə yanaşı, ona bağlı təşkilatın öldüyü iddia edilən digər liderlərinin də fotoları yer alıb. Fotoların ən solunda Əli Heydər Kaytan, ən sağında isə Rıza Altun yer alıb.

2011-ci ildə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-nın qurucularından biri olduğu iddia edilən "Fuat" kod adlı Əli Heydər Kaytanın ölümünün təşkilat tərəfindən ört-basdır edildiyi barədə açıqlama vermişdi. MİT-in açıqlamalarına baxmayaraq, PKK daha əvvəl onların ölümünü təkzib etmişdi.

MİT və TSK-nın terrorla mübarizədə ən uzun sürən əməliyyatları nəticəsində öldürülən PKK-nın qurucularından olduğu iddia edilən Kaytan İraqın şimalında həyata keçirilən əməliyyatda zərərsizləşdirilib. PKK təşkilatdan qaçanların qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün onun ölümünü gizlədib.

PKK-nın qurucuları Rıza Altun və Əli Heydar Kaytanın hərbi əməliyyatlarda öldürüldüyü qurultaydakı foto ilə təsdiqlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930