xebermen.az

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını DAYANDIRDI

10-05-2025, 09:09

 

Hindistanın “Cox & Kings” turizm agentliyi mövcud geosiyasi vəziyyət fonunda Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün tur paketlərin satışını dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə “Hindustan Tayms” nəşri məlumat yayıb.

“Biz həmçinin hindistanlı səyahətçilərə ehtiyatlı olmağı və daha geniş geosiyasi mühitdə daha aydınlıq və uyğunlaşma olana qədər bu istiqamətlərə bütün qeyri-vacib səyahətlərdən çəkinməyi tövsiyə edirik”, - şirkətin direktoru Karan Aqarval bildirib.

“EaseMyTrip” turizm platforması da səyahətçilərə xəbərdarlıq edib ki, Türkiyə və Azərbaycan Pakistana dəstəyini ifadə ediblər və bu ölkələrə yalnız çox zərurət yarandıqda səyahət etmək tövsiyə olunur.

“Travomint” şirkəti hətta Türkiyə və Azərbaycana turist paketlərinin satışını tamamilə dayandırdığını elan edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031