xebermen.az

ABŞ səfirliyindən XƏBƏRDARLIQ - Tbilisidəki ticarət mərkəzlərində PARTLAYIŞLAR gözlənilir

7-05-2025, 20:44

 

ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Diplomatik nümayəndəlik əməkdaşlarına növbəti xəbərdarlığa qədər Tbilisidəki “East Point” , “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərinin yerləşdiyi ərazilərə getməmək tövsiyə edilib.

Bildirilib ki, adı çəkilən yerlərdə partlayış təhlükəsi ilə bağlı məlumat daxil olub.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ABŞ səfirliyinin Tbilisidə partlayışlar təhlükəsi ilə bağlı xəbərdarlığını artıq şərh edib. Qurum müvafiq xidmətlərin bomba qoyulması barədə növbəti yalan məlumatla bağlı iş apardığını açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930