xebermen.az

Hokkey üzrə milli komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək

6-05-2025, 10:07

 

Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq "Galaxy Cup" turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.

Yarışda "Ocaq Sport" klubunun 2013-2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.

Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.

Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930