ABŞ vətəndaşlarına bu 21 ölkəyə getməmək üçün xəbərdarlıq etdi - SİYAHI
ABŞ Dövlət Departamenti Səyahət Xəbərdarlığı siyahısını yeniləyib. Bu çərçivədə ABŞ səyahət etməyi tövsiyə etmədiyi ölkələrin sayını 21-ə çatdıraraq vətəndaşlarına xəbərdarlıq edib.
Departament həmçinin dünya ölkələri üçün dörd səviyyəli səyahət məsləhət sistemi tətbiq edib.
Bunlara “Normal ehtiyat tədbirləri edin”, “Daha diqqətli olun”, “Səyahətinizi yenidən nəzərdən keçirin” və “Səyahət etməyin” xəbərdarlıqları daxildir.
ABŞ-ın “Getmə!” xəbərdarlığı etdiyi ölkələri təqdim edirik:
1. Şimali Koreya
2. Burkina Faso
3.Yəmən
4. İran
5. Cənubi Sudan
6. Suriya
7. Konqo Demokratik Respublikası
8. Əfqanıstan
9. Livan
10. Mərkəzi Afrika Respublikası
11. Belarus
12. İraq
13. Ukrayna
14. Venesuela
15. Haiti
16. Liviya
17. Somali
18. Rusiya
19. Myanma
20. Mali
21. Sudan