xebermen.az

Köçəryan rus casusudur, Paşinyan isə... - Simonyandan şok açıqlama

5-05-2025, 15:55

Robert Köçəryan rus casusu statusuna malik olan şəxsdir.

Bu iddia ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edib.

O bildirib ki, Koçaryanın Rusiya casusu olması ilə bağlı əlində fakt yoxdur, lakin belə düşünməsi əsassız deyil.

“Səbəb Koçaryanın Rusiyanın maraqlarını müdafiə etməsi və bu ölkəyə xidmət göstərməsidir. Bu, mənim siyasi qiymətləndirməmdir. Bu fikrimi gücləndirən arqumentlərdən biri də Gümrünün yeni meri Vardan Qukasyanın Koçaryanın dəstəklədiyi Rusiya-Belarus birlik dövlətinə qoşulmağın lehinə olmasıdır”, - o bildirib.

Jurnalistlərin “baş nazir Nikol Paşinyanın bəyanatları da Azərbaycan prezidenti İlham Əliyevin fikirləri ilə üst-üst düşür, bunu necə anlamaq olar” sualına Simonyan əsəbiləşib: “Bu məntiqsizlikdir. Ermənistanı müharibəyə sürükləmək istəyənlər belə danışır. Paşinyanın sözləri Əliyevlə üst-üstə düşmür. Bakıdan gələn bəyanatlar da bunu təsdiq edir. Onlar (Azərbaycan-red) dəhlizdən (Zəngəzur dəhlizi-red) əl çəkirlərmi?!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930