xebermen.az

Bu müqavilə ləğv ediləcək, Ermənistan Qərbi Azərbaycan olacaq - ŞOK İDDİA

5-05-2025, 15:53

“Aleksandrapol (Gümrü) müqaviləsi ləğv olunacaq və Ermənistan Qərbi Azərbaycan adlandırılacaq”.

Bu iddia ilə Ermənistanın Polşadakı keçmiş səfiri, Edqar Qazaryan çıxış edib.

Qazaryan bildirib ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasından əlavə, ikinci hərbi varlıq da var: “Bu, Rusiya FSB-sinin sərhəd qoşunlarıdır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu müqavilələrlə tənzimlənir. Artıq rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarıblar, yaxın vaxtlarda Mehridən, daha sonra Ermənistan-Türkiyə sərhədindən də çıxaracaqlar”.

Onun iddiasına görə, bu proses tamamlandıqdan sonra Rusiya sərhəd xidməti ilə müqavilə ləğv ediləcək.

“Sonda Türkiyə Aleksandrapol müqaviləsini dərhal geri götürəcək. Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı artıq verilib”, - Qazaryan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30