xebermen.az

Bu xoşagəlməz hallara baxmayaraq, COP29... - Qafarova

16-11-2024, 15:43

 

Azərbaycan COP29-a hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar:

"Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz. Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başladı və işini uğurla davam etdirir".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031