xebermen.az

NATO belə addım atsa, yeni dünya müharibəsi başlayacaq - XƏBƏRDARLIQ

4-05-2025, 10:09

 

"NATO əsgərlərinin Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb ola bilər".

Bu barədə "RİA Novosti"yə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.

“Mən NATO əsgərlərini Ukraynaya göndərmək niyyətini yeni dünya müharibəsinə gətirib çıxara biləcək səbəb hesab edirəm”, o vurğulayıb.

Mayın 3-də Ukrayna lideri Volodimir Zelenski bildirib ki, xarici kontingent Ukraynaya yalnız münaqişə bitdikdən sonra gələ bilər.

Aprelin 11-də Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Qərb Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün sülhməramlı missiya adı altında Ukraynaya təxminən 100 min nəfərlik kontingent yeritməyi planlaşdırır.

Eyni zamanda, “The Times” qəzetinin yazıb ki, Ukrayna üzrə “istəklilər koalisiyasına” daxil olan Avropa ölkələri üçün maliyyə və kadr çatışmazlığı səbəbindən Moskva ilə Kiyev arasında münaqişə başa çatdıqdan sonra respublika ərazisinə hətta 25 minlik qoşun toplamaq çətin olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930