xebermen.az

Kartdan oğurlanan pullarla bağlı SEVİNDİRİCİ XƏBƏR

4-05-2025, 09:58

 

Hər gün onlarla şəxsin bank kartından vəsaiti oğurlanır. Bu problemin hələlik tam həlli mümkün olmayıb. Başqa sözlə, hələ də kart məlumatlarını başqalarına ötürən və ya etibarsız platformalarda paylaşan insanlar az deyil. Nəticədə kiberdələduzlar kartdakı vəsaiti son qəpiyinə qədər başqa hesablara köçürürlər.

Bəs hansı hallarda kartlardan və ya elektron pul kisələrindən oğurlanan vəsaitin geri qaytarılması mümkündür?

Daxili İşlər Nazirliyi bildirir ki, kartdan vəsait çıxarıldıqdan sonra 1 saat ərzində aidiyyəti orqanlara məlumat verilməzsə, həmin pul artıq ölkədən çıxarılır.

Kartdan vəsait oğurlandıqda ilk bir saat ərzində məlumat verməyin vacibliyinə toxunan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirir ki, bu müddət "kritik zaman pəncərəsi" hesab olunur. Banklar və ödəniş sistemləri həmin vaxt ərzində əməliyyatı izləmək, dayandırmaq və ya bloklamaq imkanına malikdirlər. Əks halda, vəsait ölkə xaricinə, kriptovalyutaya və ya anonim hesablara yönləndirilə bilər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30