xebermen.az

Erməni separatçılarının tabutuna çaxılan son mismar

2-05-2025, 22:15

 

"Bu, erməni separatçılarının tabutuna çaxılan son mismar idi".

Bu ifadə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il 14 fevralda andiçmə mərasimindəki çıxışından götürülüb. "Miatsum"un tabutuna çaxılan bu son mismar haqqında sözlərin azərbaycanlılarda böyük coşqu yaratması təsadüfi deyildi.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bəhs edilir.

"Xalqımız bu son mismarı onilliklərlə gözləyirdi. Heç kəsin şübhəsi yox idi ki, bir gün bu mismar mütləq çaxılacaq. Çox təəssüf ki, yaxınlarımızın hamısı bu günü görə bilmədi, amma əminik ki, onların ruhları bu gün şaddır… Mismar çaxıldı, ürəklərimizdən çoxlu qəlpələr çıxarıldı. Amma hamısı deyil. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşən 3990 nəfərin taleyi hələ də naməlumdur. Bu rəqəm sıfıra enməyənə qədər, ürəklərimizdə qanayan bir yara qalacaq", - deyə süjetdə vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031