xebermen.az

Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq

1-05-2025, 09:57

 

Ermənistan Aİİ-dən çıxmaq qərarına gəlsə, ciddi iqtisadi nəticələrlə üzləşəcək, çünki respublikanın hazırkı rəhbərliyinin yaxınlaşmaq istədiyi Avropa İttifaqı bu itkiləri kompensasiya edə bilməyəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mikael Ağasandyan deyib. Agentlik diplomatın sözlərindən sitat gətirib: "Avropa İttifaqı Ermənistan iqtisadiyyatına dəyəcək qaçılmaz itkiləri kompensasiya edə bilməyəcək".

Ağasandyan onu da xatırladıb ki, Rusiya dəfələrlə Ermənistanın iki kresloda otura - həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməyəcəyini bildirib. Bu, iki assosiasiyada müəyyən edilmiş normaların uyğunsuzluğu ilə bağlıdır. Eyni zamanda, diplomat əlavə edib ki, İrəvan bunun nəticələrindən xəbərdardır.

Daha əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Ermənistan Aİİ-nin bir hissəsi kimi bir sıra imtiyaz və üstünlüklərə malikdir. İttifaqdan çıxacağı təqdirdə bu, ölkənin iqtisadi vəziyyətinə güclü təsir göstərəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30