xebermen.az

Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"

30-04-2025, 10:30

 

"Hindistan yaxın 24-36 saat ərzində Pakistana hərbi zərbə endirməyi planlaşdırır".

Bu bəyanatla Pakistan İslam Respublikasının İnformasiya və Yayım naziri Attaullah Tarar çıxış edib.

Nazirin sözlərinə görə, Pakistan hakimiyyəti Hindistanın Pahalqam hadisəsindən saxta bəhanə kimi istifadə edərək, yaxın 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətində olduğuna dair etibarlı məlumatlara malikdir.

Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.

Aprelin 29-da Cammu bölgəsin Hindistan və Pakistan qoşunları arasında ataışma başladığı bildirilib.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930