xebermen.az

"ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır

29-04-2025, 17:04

 

"OpenAI" "ChatGPT"yə yeni alış-veriş funksiyası əlavə edib. Bu yenilik şirkətin "Google"un illərdir nəzarət etdiyi onlayn axtarış bazarına ciddi rəqib olma niyyətini nümayiş etdirir.

"OpenAI" "axtarış"ın "ChatGPT"də ən sürətlə böyüyən funksiyalardan biri olduğunu və son bir həftədə 1 milyarddan çox veb axtarış aparıldığını bildirib.

Yeni xüsusiyyət istifadəçilərə məhsulları təbii söhbət yolu ilə axtarıb müqayisə etməyə və birbaşa satıcılara keçid etməyə imkan verir. İlk mərhələdə bu funksiya moda, gözəllik və məişət elektronikası kateqoriyalarını əhatə edir. Tövsiyələr internetdəki məlumatlara əsaslanır və reklam xarakteri daşımır.

"Google" uzun illərdir məhsul axtarışlarında lider olsa da, "OpenAI" ilə rəqabət getdikcə güclənir. "Google" isə bu təzyiqə cavab olaraq "Gemini" süni intellektini axtarış sisteminə inteqrasiya edib.

Ötən həftə isə "OpenAI"nin rəhbərlərindən biri ABŞ-də davam edən antiinhisar məhkəməsində əgər "Google Chrome" satılmağa məcbur olunsa, onu almağı nəzərdən keçirə biləcəklərini açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930