xebermen.az

Estoniyada erməni keşiş Paşinyana qonşularla sülh arzuladı: II Qaregin dəli oldu

Bu gün, 16:40

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Tallindəki Müqəddəs Qriqori İlluminator kilsəsinə səfəri zamanı Baltikyanı ölkələrin erməni yeparxiyasının primatı, arxiyepiskop Vazgen Mirzəxanyanla söhbəti Eçmiədzini qəzəbləndirib.

Keşiş Paşinyanı səmimi qarşılaşıb, mehrabda onunla birlikdə dua edib. Bundan sonra o, Ermənistanın baş nazirinə müraciət edərək bildirib ki, qonşularla sülh gündəmində olan proqramlarının uğurlu olması üçün dua edir.

Mirzəxanyanın fikrincə, Ermənistan Baltikyanı ölkələr kimi sülhsevər qonşuluq vasitəsilə öz xalqının gələcəyini təmin edə bilər. Arxiyepiskopun sülhsevər davranışı II Qaregini dəli edib. Bununla bağlı Erməni Apostol Kilsəsi bəyanat yayıb və Mirzəxanyanın sülhsevər davranışını qınayıb.

“Mirzəxanyanın salamlama nitqində eşidilən ifadələr cəmiyyətimizin müxtəlif təbəqələrində fikir ayrılığına, təəssüf ki, onlar həm də siyasi spekulyasiyalara, din xadiminə və kilsəyə qarşı təhqiramiz bəyanatlara səbəb oldu. Yeparxiya rəhbərinin səsləndirdiyi bəzi fikir və mülahizələr çox subyektivdir, fərdidir və kilsənin mövqeyini ifadə etmir", - bəyanatda deyilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930