xebermen.az

ABŞ Rusiyanın qələbəsini qəbul etdi: Türkiyə açıqladı

29-04-2025, 12:10

 

Rusiya hərbçilərinin Kursk bölgəsindəki uğurları Ukraynadakı münaqişənin başa çatması deməkdir.

Bunu türkiyəli analitik Sərhat Lətifoğlu “RİA Novosti”yə açıqlamasında bildirib.

Analitik aydınlaşdırıb ki, hazırda Kiyevin artıq hərbi əməliyyatlar aparmaq gücü yoxdur, eyni zamanda, Amerika Birləşmiş Ştatları Rusiyanın qələbəsini qəbul edib.

"Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdə rüsvay edilməsindən və Amerikanın dəstəyinin zəifləməsindən sonra belə qənaətə gəlmək olar ki, mahiyyət etibarı ilə Ukrayna münaqişəsi başa çatıb. Hazırda sülh müqaviləsinin mətninin dəqiq necə olacağını müəyyən etmək üçün danışıqlar aparılır. Rusiya ordusunun uğurlu Kursk əməliyyatı faktiki olaraq münaqişənin başa çatdığının göstəricisidir”, - Lətifoğlu qeyd edib.

Onun sözlərinə görə, indi Qərb ölkələri və ABŞ da bu münaqişəni davam etdirmək iqtidarında deyil. Vaşinqton artıq Rusiyanın qələbəsini qəbul edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930