xebermen.az

Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün, 08:51

 

Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti uzadılıb.

Bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 15 may tarixədək uzadılıb.

Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur.

Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir. Tələb olunan sənədlər: - kursa qəbul olunmaq barədə ərizə; - anket forması; - tərcümeyi-hal (1 nüsxədə); - təhsil haqqında sənədin surəti (1 nüsxədə); - doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); - yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); - əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); - şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); - sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); - nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); - həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); - rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm); - hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); - psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930