xebermen.az

Fransada müsəlmanlara çağırış edildi

Bu gün, 10:26

 

Fransada islamofobiya sərtləşir, müsəlmanlara, məscidlərə hücum edilir. Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.

“Grand-Combe” məscidində bıçaqlı hücum nəticəsində 22 yaşlı gənc öldürülüb. Bu qanlı hadisədən sonra Fransa Müsəlman Dini Şurası (CFCM) ölkədəki müsəlmanları son dərəcə ayıq olmağa çağırıb.

CFCM bu hücumun mediada yanlış işıqlandırılmasına təəssüflənib. Mətbuatda hadisənin iki dindar arasında baş verən şəxsi münasibətlər zəminindən qaynaqlandığı bildirilib.

Şura mərhumun ailəsinə və bu islamafobiya terror aktından dərin sarsıntı keçirmiş Fransadakı bütün müsəlmanlara dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, 22 yaşlı Abubakar “Grand-Combe” məscidində olarkən bıçaqlı hücuma məruz qalıb.

Baş nazir Fransua Bayrou islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər edildiyini bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930