xebermen.az

Daha 33 ailə Xocalıya yola salındı

Bu gün, 10:10

 

Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.

Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən 1 ailə (3 nəfər) yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930