xebermen.az

Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI

27-04-2025, 20:56

 

Dodaq oxuyan Nikola Hiklinq ABŞ Prezidenti Donald Trampın Vatikanda Ukrayna lideri Volodimir Zelenski ilə görüşə qatılmaq istəyən Fransa lideri Emmanuel Makrona dediklərini açıqlayıb.

Bu barədə Britaniyanın “The Sun” tabloidi məlumat yayıb.

Aprelin 26-da Vatikanda görüşərkən Makron Trampın əlini sıxmayıb. İnternetdə yayılan videoda Fransa Prezidentinin ilk olaraq Zelenskiyə yaxınlaşıb onunla salamlaşdığını görmək olar. Bundan sonra ABŞ lideri ovucunu uzadıb, lakin Makron salamı ilə Ağ Evin sahibini şərəfləndirməyərək əlini geri çəkib.

Fransa rəhbərinin belə reaksiyasına səbəb Trampın Vatikanda Zelenski ilə danışıqlara qoşulmasına icazə verməməsi ola bilər. ABŞ və Ukrayna liderlərinin görüşünün keçirildiyi zalda əvvəlcə üç stul yerləşdirilsə də, sonradan cəmi ikisi qalıb.

İrlandiyalı jurnalist Çay Bousun sözlərinə görə, Tramp Makrona görüşdə iştirak etməməyi tövsiyə edib. Və Fransa Prezidenti ona deyilən kimi edib.

Hiklinq inanır ki, Tramp Makrona deyib: “Sən burada səhv edirsən, mənə bir yaxşılıq etmən lazımdır, burada olmamalısan”.

Ukrayna Prezidenti də cavab olaraq başını tərpətərək razılaşıb, bunu əvvəllər yayılan görüntülərdən də görmək mümkündür.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930