xebermen.az

İstanbulda dəhşətli zəlzələ olacaq - Seysmoloq tarixi açıqladı

26-04-2025, 09:31

 

İstanbulda irimiqyaslı zəlzələ gözlənilir.

Seysmologiya professoru, İstanbul Bələdiyyəsinin zəlzələ problemləri üzrə Şurasının üzvü Haluk Eyidoğan deyib.

O qeyd edib ki, Mərmərə bölgəsi həmişə zəlzələlərə meyilli olub, bunu Bizans dövrünə aid arxivlər də sübut edir: “Mərmərə bölgəsində böyük zəlzələ olacaq, biz alimlər olaraq çoxdandır bu haqda danışırıq".

Aprelin 24-də türkiyəli seysmoloq Əhməd Ercan bildirib ki, aprelin 23-də Türkiyədə baş vermiş zəlzələ 2045-2075-ci illər arasında baş verə biləcək 7-7,2 bal gücündə daha böyük seysmik hadisələrin xəbərçisidir.

Aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) ən güclünün 6,2 bal gücündə olduğunu bildirib. Yeraltı təkanlar hətta episentrdən 300 km aralıda, Ankarada da hiss olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30