xebermen.az

Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski

Bu gün, 17:18

 

19 illik araşdırmaya görə, həftədə 300 qramdan çox toyuq əti istehlak edənlərin həzm sistemi xərçəngindən ölmə ehtimalı daha yüksəkdir. Mütəxəssislər kənd toyuğu istehlak etmək lazım olduğunu vurğulayırlar.

Bu barədə İtaliya Milli Qastroenterologiya İnstitutunun alimləri araşdırma aparıb.

Araşdırmada 19 il ərzində 4869 nəfərin qidalanma vərdişləri, demoqrafik xüsusiyyətləri və ümumi həyat tərzi təfərrüatlı şəkildə izlənilib. İştirakçıların boyu, çəkisi və qan təzyiqi, yedikləri toyuq ətinin miqdarı kimi parametrlər ciddi şəkildə qeydə alınıb.

Tədqiqat zamanı iştirakçılardan 1028-i ölüb. Təhlil zamanı məlum olub ki, ölüm nisbəti toyuq istehlakı qrupunda daha yüksəkdir. Mütəxəssislər həftədə 300 qramdan çox toyuq əti istehlak edənlərdə ölüm riskinin təxminən 27 faiz artdığını bildirirlər.

Tədqiqat göstərir ki, çox toyuq əti istehlak edənlərdə mədə-bağırsaq xərçənginə tutulma riski ikiqat artır. Bu riskin kişilər arasında daha çox baş verdiyi qeyd edilir.

Alimlər bildirir ki, bu risklərin arxasında duran potensial səbəblər tam aydın deyil. Toyuqların necə yetişdirildiyi, istifadə edilən əlavələr və ya böyümə hormonlarının mümkün genetik təsirləri hələ də araşdırılır.

Toyuq istehlakı ilə ölüm riski arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün araşdırmalar davam edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930