xebermen.az

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

25-04-2025, 17:15

 

"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə bağlı ciddi xəbərdarlıq edib və şəxsi məlumatların, o cümlədən bank məlumatlarının ələ keçə biləcəyini bildirib.

Şirkət təxminən iki milyard istifadəçini əhatə edən xəbərdarlıqda rəqib texnologiya nəhəngini ad çəkmədən hədəf alıb və bəzi tətbiqlərin dərhal silinməsini tövsiyə edib.

"Apple"ın paylaşdığı videoda rəqibin adı çəkilməsə də, bəzi iddialara görə bu xəbərdarlıq "Google"un "Chrome" brauzerinə işarə edir. "Chrome"un istifadəçilərin internet fəaliyyəti üzərində izləmə aparması bu iddiaları gücləndirib.

"Google" əvvəllər sayt izləmə məlumatlarını yeni sistemlə əvəz etməyi planlaşdırsa da, reklam sektorundakı təzyiqlər səbəbilə bu planlar təxirə salınıb. Sayt izləmə məlumatları təhlükəli olmasa da, şəxsi məlumatların, o cümlədən bankla bağlı detallı məlumatların ələ keçməsi riskini artıra bilər.

"Apple" bu xəbərdarlığı Safari brauzerini tanıtmaq məqsədilə istifadə edib və çərəzlərin internetdə gizliliyə necə təsir etdiyini vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30