xebermen.az

Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?

Dünən, 09:57

 

Yanvarda Suriyanın yeni hökuməti Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib.

Bunu “The New York Times” qəzetinə müsahibəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara deyib.

Şara imtinaya baxmayaraq, Suriya administrasiyasının Rusiya ilə münasibətləri kəsmək niyyətində olmadığını vurğulayıb. O xatırladıb ki, Suriya silahlarının əksəriyyəti Rusiyada istehsal olunub və ölkə böyük ölçüdə Rusiyanın ərzaq və enerji təchizatından asılıdır. “Bizim Suriyanın bu əsas maraqlarını nəzərə almaq öhdəliyimiz var.

“Reuters” yanvar ayında yeni səlahiyyətlilərin Əsədin ekstradisiyasını istəmək niyyətində olduğunu bildirmişdi. Məlumat daha sonra “Əl Ərəbiyyə” və “Əl Hadath” mənbələri tərəfindən təsdiqlənsə də, Dəməşqdən rəsmi təsdiq yalnız indi alınıb.

“Reuters”in məlumatına görə, müvəqqəti hökumət həmçinin Moskvadan Əsədin Rusiyaya apardığı vəsaiti qaytarmağı tələb edib. Agentliyin mənbələrinə görə, söhbət 500 min dollar nağd puldan, eləcə də zinət əşyalarından gedir. Bundan əlavə, Əsəd özü ilə vacib sənədləri, noutbukları və məxfi məlumatları ehtiva edən sərt diskləri götürüb.

Bəşər Əsəd 2024-cü ilin dekabrında devrilib, bundan dərhal sonra Suriyanı tərk etdi və Rusiyadan siyasi sığınacaq aldı. Rusiyanın iki əsas hərbi bazası Suriyada fəaliyyətini davam etdirir: Tartus limanındakı dəniz logistika bazası və Latakiya əyalətindəki Xmeymim aviabazası. Hər iki baza Moskva üçün strateji əhəmiyyət kəsb edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930