xebermen.az

Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?

23-04-2025, 22:07

 

Bu gün Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələdən sonra hələ də afterşoklar müşahidə olunur.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok baş verib.

Zəlzələ qorxusundan İstanbulda bir sıra vətəndaşlar evdə gecələmək istəmir. İstanbul valiliyi məktəb həyətlərinin, idman zallarının və məscidlərin bu vətəndaşların istifadəsinə açıldığını elan edib.

Valilik qeyd edib ki, Qızıl Aypara və AFAD vətəndaşların əsas ehtiyaclarını ödəmək üçün bütün imkanlarını səfərbər edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930