xebermen.az

Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB

23-04-2025, 12:47

 

Pensiya yaşı tamam olmuş şəxsə avtomatlaşdırılmış qaydada (proaktiv) pensiya təyinatı aparılmadığı təqdirdə həmin şəxs hara müraciət etməlidir.

Pensiya yaşı tamam olmuş şəxsə avtomatlaşdırılmış qaydada (proaktiv) pensiya təyinatı aparılmadığı təqdirdə həmin şəxs hara müraciət etməlidir?

Şəxs aşağıda qeyd olunan sənədlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun istənilən yerli struktur bölməsinə və ya istənilən DOST mərkəzinə müraciət edə bilər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-sığorta stajını təsdiq edən sənəd;

-əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930