xebermen.az

Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər

22-04-2025, 20:13

 

Fransada “Telegram” platforması vasitəsilə təşkil edilən yeni terror təşkilatı yaradılıb. "Defense des Droits des Prisonniers Français” (Fransız Məhbusların Hüquqlarının Müdafiəsi)" adlı qrup maşınları yandırıb, həbsxanalara və mühafizəçilərin evlərinə hücum edib.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, sözügedən qrup hücumlarda yanan maşınlara və hücum etdikləri həbsxanaların divarlarına adını yazdırıb. Min üzvü olan qrup həbsxananın mühafizəçilərini tanıyan, evlərini tapıb onlara hücum edənlərə 10 min manata qədər pul mükafatı təklif edib.

“Telegram” qrupu bəzi mesajları zorakılıq çağırışları ehtiva etdiyi üçün silib. Lakin platformada hələ də mühafizəçiləri tapa bilənlərə mükafatlar təklif edən mesajlar paylaşılmağa davam edir.

"Biz terrorçu deyilik. Həbsxanalarda insan hüquqlarını müdafiə etmək üçün buradayıq", - deyə qrupun yaydığı bəyanatda bildirilib.

Fransanın Terrorla Mübarizə Prokurorluğu istintaqı öz üzərinə götürüb. Daxili Kəşfiyyat Xidməti DGSI də prosesə cəlb edilib. Fransa hökuməti hücumların arxasında kimin dayandığını hələlik açıqlamayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930