xebermen.az

ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı

21-04-2025, 17:58

 

ABŞ prezidenti Donald Trampın administrasiyası yeni Papanın seçilməsinə müdaxilə etməyə çalışacaq.

Rusiyalı publisist və tarixçi Yeqor Xolmoqorov "Telegram"da bu planlar barədə xəbərdarlıq edib.

Xolmoqorovun fikrincə, Papa Fransiskin ölümü ilə Tramp administrasiyası mühafizəkarın pontifik seçilməsinə şərait yaratmağa çalışacaq.

"Tramp administrasiyası onların immiqrasiya siyasətini tənqid etməyəcək bir mühafizəkarı seçmək üçün əhəmiyyətli səy göstərəcək", - Xolmoqorov öz bloqunda yazıb.

Qeyd edək ki, Fransisk sağlığında ABŞ prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni mühacirləri deportasiya etmək planlarını kəskin şəkildə pisləyib. ABŞ-ın vitse-prezidenti J.D.Vens pontifikin tənqidini qəbul etsə də, öz fikirlərini müdafiə etməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, Papanın ölümü bu gün, aprelin 21-də məlum olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031