xebermen.az

Azərbaycan pravoslavları Pasxa bayramını belə qeyd etdilər - Fotolar

20-04-2025, 16:14

 

Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər.

Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib.

Bakıdakı Müqəddəs Jen-Mironosits Kafedral kilsəsində də bayram mərasimi qeyd olunub.

Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Pravoslav təqviminə əsasən, bu il Pasxa günü aprelin 20-də qeyd olunur.

Məsihin “Nurlu dirilməsi” məqamında hər bir pravoslav xristian adətə uyğun olaraq Pasxa süfrəsində toplaşır, pasxa nemətləri və şirin çörəyi bölüşür, yumurta döyüşdürür və “Məsih dirildi” sözləri ilə bir-birini salamlayır.

Azərtac-a istinadən Azərbaycan pravoslavlarının Pasxa bayramından görüntüləri təqdim edirik:












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30