xebermen.az

Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?

18-04-2025, 09:52

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə isterik çıxışı erməni ictimaiyyətində hələ də müzakirə edilir. Ermənilər baş nazirin çıxışı zamanı etdiyi hərəkətləri anlamağa çalışırlar.

Paşinyan parlament kürsüsündən çıxışı zamanı gülüş doğuran hərəkətlər edib, hətta əl qaldırıb oynayıb da. Erməni baş nazirin müxalifəti tənqid etdiyi isterik çıxışında Çingiz xanın adını çəkməsi də diqqətdən yayınmayıb.

“İravunk” qəzetinin əldə etdiyi məlumata görə, Paşinyanın belə çıxış etməsinin səbəbi son anda aldığı xəbər olub.

“Baş nazir müxtəlif bölgələrdə sorğular keçirib. Sorğunun nəticələrinə görə, Paşinyan və rəhbərlik etdiyi partiyanın reytinqi bərbad vəziyyətdədir. Məlumata görə, Paşinyan parlament iclasına gəlməmişdən öncə sorğunun nəticələri haqqında ona məlumat veriblər. Onun isterik çıxışı da bundan qaynaqlanır”, - qəzet yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930