xebermen.az

Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz

17-04-2025, 09:42

 

Finlandiya prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Stubb Zelenskini dostu adlandırıb və Ukrayna lideri ilə ünsiyyətdən həzz aldığını vurğulayıb. Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəslə razılaşıb, ona görə də Moskvaya müraciət edib.

“Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb. Rusiya da eyni şeyi etməlidir”, - Stubb bildirib.

Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031