xebermen.az

İrəvan Azərbaycanla sülh sazişini harada imzalaya bilər? - Mirzoyandan AÇIQLAMA

14-04-2025, 21:59

 

"Ermənistan Azərbaycanla sülh sazişinin həm sərhəddə, həm də üçüncü ölkədə imzalanması ehtimalını nəzərə alır".

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

"Biz hesab edirik ki, indi sazişin imzalanması üçün yer, vaxt və dəqiq tarixin müəyyənləşdirilməsi məsələləri üzrə dərhal məsləhətləşmələrə başlamaq olar. Bu, Ermənistan və Azərbaycanın sərhədi ola bilər, həm İrəvan, həm də Bakı üçün məqbul olan hər hansı üçüncü ölkə də ola bilər. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər", - deyə o qeyd edib.

Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında öz nəzarət prosedurlarını sadələşdirməyə hazırdır.

"Azərbaycanın şərq bölgələri ilə Naxçıvan Respublikasını ən qısa marşrutla birləşdirən hissədə müasir mexanizmlərdən istifadə etməyi təklif etdik. Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skaner sistemlərinin, elektron bəyannamənin tətbiqini təklif etdik ki, bu da yük axınının sürətlənməsinə imkan verəcək. Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrar-sığorta mexanizmlərindən istifadəni təklif etdik", - nazir vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930