xebermen.az

“ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO

14-04-2025, 12:58

 

"ChatGPT" 2025-ci ilin mart ayında dünyanın ən çox yüklənən mobil tətbiqi oldu və bu göstərici ilə "TikTok" və "Instagram"ı geridə qoydu.

 "Appfigures" analitiklərinin məlumatına görə, mart ayında "ChatGPT" 46 milyon dəfə yüklənib.

Ekspertlər bu sıçrayışlı artımı əsasən tətbiqə əlavə olunan yeni funksiyalarla əlaqələndirirlər.

Ən çox maraq doğuran yeniliklərdən biri yüksək keyfiyyətli şəkil generasiyasıdır. Bu funksiya istifadəçilərə məşhur "Studio Ghibli" üslubunda illüstrasiyalar, maraqlı memlər və vizual kontent yaratmağa imkan verir.

Mütəxəssislər qeyd edirlər ki, "ChatGPT" artıq süni intellektin sinoniminə çevrilib. Necə ki, 2000-ci illərdə "Google" internet axtarışının sinonimi idi, bu gün "ChatGPT" süni zəkanın adıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930