xebermen.az

Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq

14-04-2025, 12:43

 

“Ermənistan Avropa istiqamətində seçim edəcəksə, bu, atomatik olaraq İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə mövcud iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Bu, kifayət qədər ağır prosesdir”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində deyib.

Qaluzin bildirib ki, Rusiya inkişaf edən iqtisadi əməkdaşlıq fonunda Ermənistana zərər vermək istəmir: “Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edib. Bizim Ermənistanın maraqlarına qarşı addım atmaq planımız yoxdur. Biz müttəfiq və strateji tərəfdaşıq. Lakin Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlük mümkün deyil, bunlar mahiyyətcə fərqli bloklardır.

Erməni həmkarlarımız nə vaxtsa hansı istiqamətdə getdiklərinə qərar verməli olacaqlar: Avropa İttifaqına inteqrasiya, yoxsa Aİİ vasitəsilə Avrasiyaya inteqrasiyanın davam etdirilməsi. Aİİ-də olmaq Ermənistan əhalisinə aşkar fayda verir. Bu, ilk növbədə Ermənistanda ÜDM-nin artımında özünü göstərir. Son bir ildə ÜDM təxminən 6 faiz təşkil edib. Digər tərəfdən, indiki mərhələdə "Avropa İttifaqının Ermənistan və digər ölkələrə nə verə bilər" sualı da açıq qalır. Bu, ittifaqa giriş üçün qeyri-müəyyən perspektivləri olan tələblər və meyarlar toplusudur. Ermənistan Avropa seçimi üzrə yol alacaqsa, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq”.

Qaluzin qeyd edib ki, Ermənistan rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini, Aİ-yə üzvlükdən nələr qazana biləcəyini öz əhalisinə izah etməli olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930